20 iyun 2017-ci il tarixində, Bakı Fond Birjasında Maliyyə Nazirliyinin AZN nominallı, AZ0104014540 ISIN kodlu, 364 gün tədavül müddətli, 15 000 000 AZN həcmində qısamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib. Hərrac zamanı 11 investor tərəfindən 21 sifariş təqdim olunub. Sifarişlərin nominal üzrə ümumi məbləği 50,878,900.00 AZN manat təşkil edib. Sifarişlər 85.6475 AZN (16.8499%) və 89.3382 AZN (11.9999%) qiymət intervalında təqdim olunub.
Hərracın yekunları üzrə bağlanılmış əqdlərin kəsmə qiyməti 87.7784 AZN (13.9999%) orta ölçülmüş qiyməti 88.236 AZN (13.4058%) təşkil edib. Bağlanılmış əqdlər üzrə hesablaşmalar 21.06.2017 tarixində həyata keçiriləcək. İstiqrazların nominal qiymət üzrə reallaşdırılmış həcmi 15,000,000.00 AZN təşkil edib.
Qeyd edək ki, istiqrazların ödəmə tarixi 19.06.2018-ci ildir.