7 iyun 2018-ci il tarixində Bakı Fond Birjasında İpoteka və Kredit Zamanət Fondu ASC – nin AZ2029008680 ISIN-li, 20 mln manat həcmində, 23 il (8280 gün) tədavül müddətli ipoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
Yerləşdirmə zamanı hərrac qiyməti 1 004,0833 AZN olub.
Sifarişlərin nominal qiymətlə ümumi məbləği 21 000 000,00 manat olub. İstiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi 20 000 000,00 manat təşkil edib.
İstiqrazların ödəmə tarixi 19 dekabr 2040-ci ildir.