İsveçdə miqrantlar üçün “gediş” vergisi tətbiq olunmayacaq

İsveçdə miqrantlar üçün “gediş” vergisi tətbiq olunmayacaq. Hökumət tərəfindən verilmiş açıqlamada qeyd edilib ki, ictimaiyyətdə bu məsələ ilə bağlı ciddi narahatlıqlar yarandığına görə ölkədən çıxış üçün vergi tutulmayacaq.

BBN.az “Vergilər” qəzetinə istinadən xəbər verir ki, keçən il noyabrında vergi orqanı vergidən yayınmağın qaşısının alınması üçün belə bir tədbirə əl atılması barədə təklif irəli sürülüb.

Qeyd edək ki, təklifin mahiyyəti emiqrantlar son on il ərzində İsveçdə beş il yaşadığı halda həmin şəxslərin  artan kapital üzrə reallaşdırılmamış gəlirlərindən 30 %-lik vergitutulmasından ibarət idi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır