7 sentyabr 2017-ci il tarixində Əmanətlərin Sığortalanması Fondunun ofisində Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru vəzifəsini müvəqqəti icra edən Vüqar Abdullayev və İsveçrə İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin (SECO) nümayəndəsi, Makroiqtisadi dəstək proqramının rəhbəri Reto Veyerman, Cənubi Qafqaz üzrə İsveçrə Əməkdaşlıq Ofisinin direktor müavini Simona Haberli, SECO-nun Azərbaycan üzrə milli proqram rəhbəri Sənan Şabanov arasında görüş keçirilib.
Görüş zamanı qonaqlar Fondun fəaliyyəti, kompensasiyaların ödənilməsi prosesi, əmanətlərin sığortalanması sahəsində qanunvericilikdə baş verən ən son dəyişikliklərlə yaxından tanış olublar.
Eyni zamanda görüşdə iştirak edən nümayəndə heyəti ilə Əmanətlərin Sığortalanması Fondu arasında Fondun əsas hədəfləri, gələcək inkişaf istiqamətləri, əmanətlərin sığortalanması haqqında qanunvericilikdə nəzərdə tutulmuş dəyişikliklər, SECO və Əmanətlərin Sığortalanması Fondu arasında mövcud və gələcək əməkdaşlıq əlaqələri barədə müzakirələr aparıldı, qarşı tərəfi maraqlandıran suallar cavablandırılıb.