Konstitusiyaya dəyişikliklərlə bağlı İtaliyada baş tutan referendumun gözlənilən nəticəni verməməsi baş nazir Matteo Renzinin istefa verməsinə səbəb olub. Haber7-nin məlumatına əsasən, bu hadisə avronun böyük dəyər itirməsilə nəticələnib.
1.0506 dollara qədər enən avro 20 ayın ən aşağı səviyyəsindədir. Günə 3.726 səviyyəsində başlayan avroda sonradan çox az yüksəlmə qeyd olunub.
Qeyd edək ki, bu həmçinin iyundan bəri avroda yaşanan ən böyük günlük zəifləmədir.