İtaliya referendumunun qalibi Ferrari olub

İtaliya referendumunun mənfi nəticələnməsindən sonra Ferrarinin bazar dəyəri tarixdə ilk dəfə 10 milyard dolları ötüb.

Satışlarının 95%-dən çoxunu İtaliyadan kənar ölkələrə edən Ferrari 2,6% dəyər qazanaraq tarixi rekordunu yeniləyib.

Son olaraq, 3 dekabrda ABŞ-da tender ilə 7 milyon dollara bir LaFerrari satan şirkətin bazar dəyəri 10,6 milyard dollara, bir səhminin qiyməti isə 51,55 avroya çatıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır