Avropa Birliyi İtaliya respublikasının 2019-cu il üçün hazırlanmış büdcə planını qəbul etmədi.
Avropa Komissiyasının nümayəndəsi Valdis Dombrovskis açıqlamasında bildirib ki, Brüsselin dəyişikliklər tələb etməkdən başqa yolu yoxdur, çünki İtaliyanın büdcə planında qeyd edilən genişləndirilmiş büdcə defisiti Avropa Birliyinin büdcə-vergi siyasətini alt-üst edəcək.
İtaliya tərəfi isə büdcə planında dəyişikliyə getməyəcəyini bildirib.
Qeyd edək ki, büdcə zərfində göstərilən defisit İtaliya ÜDM-sinin 2.4%-i dəyərindədir və bu rəqəm Avropa Birliyi tərəfindən nəzərdə tutulan büdcə kəsrindən 3 dəfə çoxdur.