İtaliyanın nəhəng bankı Unicredit 2 il ərzində 14 min iş yerini bağlayaraq 13 milyard avro qənaət etmək istəyir. Məqsəd bankın maliyyə sağlamlığını təmin etməkdir.
Bank eyni zamanda 18 milyard avroluq ümidsiz borcu silməyi və 3800 filialının 25%-ni bağlamağı planlaşdırır.
Bankın məqsədi dövlətin sağlamlaşdırma proqramına ehtiyacın qalmamasıdır.