İTİDF-nin elan etdiyi qrant müsabiqəsinin qalibləri elan edilib

Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu (İTİDF) startap layihələrinə növbəti qrant ayırıb.

Belə ki, Fond tərəfindən keçirilən növbəti qrant müsabiqəsinin qalibləri müəyyənləşdirilib. Fondun Müşahidə Şurasının növbəti iclasında 10 aprel 2017-ci il tarixində elan edilən qrant müsabiqəsində kompleks ekspertiza mərhələsində müsbət rəy almış startap layihələrilə bağlı yekun qərar verilib.

Qeyd edək ki, sayca beşinci olan bu qrant müsabiqəsinə ümumilikdə 172 layihə təqdim olunub. Bu layihələrdən 150-si ilkin ekspertiza mərhələsini uğurla keçərək kompleks ekspertizaya təqdim olunub. Bu mərhələdə 71 layihə müsbət rəy alıb.

Müşahidə Şurası üzvlərinin səsverməsi nəticəsində 71 startap layihəsindən sonda 21-nin maliyyələşdirilməsi haqqında qərar qəbul edilib.

Qeyd edək ki, Fondun Müşahidə Şurasının qərarı ilə 21 layihəyə ümumilikdə 242 000 AZN qrant vəsaiti ayrılıb. Qaliblərin siyahısı ilə keçiddən tanış ola bilərsiniz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır