İxrac əməliyyatlarının 12%-i qeyri-neft sektorunun payına düşür

2017-cı ilin yanvar-aprel ayları ərzində  Azərbaycanın ixrac əməliyyatlarının həcmi 3 milyard 430 milyon dollar təşkil edib. Belə ki,  ixrac  olunan malların ümumi dəyəri  ötən ilin müvafiq dövrünə nisbətən 41.1 % artıb.

İxrac əməliyyatlarının həcmində dövlət sektorunun payı 2 milyard 891 milyon dollar və ya 84.3% , özəl sektorun payı 484 milyon dollar  və ya 14.1% təşkil edib. İxrac əməliyyatlarının ümumi həcminin 54 milyon dolları və ya 1.6% – i isə fiziki şəxslərin payına düşür.

Qeyd edək ki, ixrac əməliyyatları həcminin  408 milyon dollarını və ya 11.9 %-ni qeyri -neft sektoru təşkil edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır