İxrac əməliyyatlarının həcmi 13.35% azalıb

2017-cı ilin yanvar-sentyabr ayları ərzində  Azərbaycanın ixrac əməliyyatlarının həcmi 8 143.94 milyon dollar təşkil edib. Belə ki, ölkədən ixrac olunan məhsulların ümumi dəyəri  ötən ilin müvafiq dövrünə nisbətən 13.35% azalıb.

İxrac əməliyyatlarının həcmində dövlət sektorunun payı 6 490.11 milyon dollar , özəl sektorun payı isə 1 502.87 milyon dollar olub.

Qeyd edək ki, ixrac əməliyyatlarının ümumi həcminin 1 069.44 milyon dolları qeyri-neft sektorunun payına düşür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır