İxrac əməliyyatlarının həcmi artıb

2017-cı ilin yanvar-oktyabr ayları ərzində  Azərbaycanın ixrac əməliyyatlarının həcmi 9 054.2 mln. dollar təşkil edib. Belə ki, ölkədən ixrac olunan məhsulların ümumi dəyəri  ötən ilin müvafiq dövrünə nisbətən 25.8% artıb.

İxrac əməliyyatlarının həcmində dövlət sektorunun payı 7 201.3 mln. dollar , özəl sektorun payı isə 1 691.0 mln. dollar olub.

Qeyd edək ki, ixrac əməliyyatlarının ümumi həcminin 1 218.7 mln. dolları qeyri-neft sektorunun payına düşür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır