Özünəməxsus dadı və yüksək keyfiyyəti ilə seçilən Azərbaycan şərablarının ixrac coğrafiyası genişlənir. Şərablarımız dünyanın bir sıra ölkələrinə, o cümlədən Rusiya Federasiyasına ixrac olunur.
BBN.az xəbər verir ki, Azərbaycan şərablarının Rusiya Federasiyasına ixracı ilə məşğul olan bəzi şirkətlərin çətinliklə üzləşməsi barədə müraciətlərinin yerində və operativ araşdırılması üçün İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə Nazirliyin və Dövlət Gömrük Komitəsinin məsul əməkdaşlarından ibarət nümayəndə heyəti Rusiya Federasiyasına ezam olunub.
Rusiya Federasiyasının İqtisadi İnkişaf Nazirliyinin və Federal Gömrük Xidmətinin nümayəndələri ilə aparılmış müzakirələr nəticəsində texniki xarakterli məsələ tamamilə aradan qaldırılıb. İxracatçı şirkətlərin bu cür məsələlərlə gələcəkdə qarşılaşmaması üçün mütəmadi informasiya mübadiləsinin aparılması barədə razılıq əldə edilib.