Azərbaycan ixrac missiyası Türkiyəyə gedir

İqtisadiyyat Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə növbəti ixrac missiyası Türkiyənin İstanbul şəhərinə təşkil olunacaq.

Oktyabrın 23-dən başlayan ixrac missiyasına qida, inşaat və tikinti materialları, mebel istehsalı, turizm, yüngül  və kimya sənayesi səhələrində fəaliyyət göstərən 19 Azərbaycan şirkəti daxildir. Missiya çərçivəsində Azərbaycanlı sahibkarlar türk iş adamları ilə ikitərəfli görüşlər keçiriəcək, Azərbaycan məhsullarının Türkiyəyə ixracının genişləndirilməsinə dair müzakirələr aparacaqlar.

İxrac missiyası oktyabrın 27-dək davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır