İxrac olunan neft məhsullarının həcmi məlum olub

SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 2017-ci ilin mart ayında 60 min 674 ton dizel yanacağı, 3 min 960 ton təyyarə yanacağı, 7 min 912 ton yüksək təzyiqli polietilen, 2 min 355 ton mütləqləşdirilmiş izopropil spirti, 4 min 814 ton maye piroliz qətranı, 2 min 895 ton propilen və 3 min 895 ton butilen butadien fraksiyası ixrac edib.

Ümumilikdə, 2017-ci ilin yanvar-mart ayları ərzində 205 min 827 ton dizel yanacağı, 14 min 896 ton təyyarə yanacağı, 24 min 279 ton yüksək təzyiqli polietilen, 3 min 989 ton mütləqləşdirilmiş izopropil spirti, 17 min 212 ton maye piroliz qətranı, 11 min 188 ton propilen və 8 min 677 ton butilen butadien fraksiyası ixrac edilib. 2017-ci ilin mart ayında dünya bazarında etilləşdirilmiş benzinin qiyməti (1 ton üçün) – 517,72 ABŞ dolları, təyyarə yanacağının – 475,47 dollar, dizel yanacağının – 448,48 dollar, yüksək təzyiqli polietilenin – 1288 dollar, butilen butadien fraksiyasının – 752,08 dollar, maye piroliz qətranının – 517,72 dollar, propilenin qiyməti – 865 avro, mütləqləşdirilmiş izopropil spirtinin qiyməti – 1330 avro təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır