2018-ci ilin I rübündə Azexport.az portalına 185,6 milyon ABŞ dolları məbləğində ixrac sifarişi daxil olub.
BBN.az “İxrac İcmalı”na istinadən xəbər verir ki, cari ilin mart ayı ərzində Azexport.az portalına 66,5 milyon ABŞ dolları məbləğində ixrac sifarişləri daxil olub.
Ümumilikdə isə 2017-ci ilin yanvar ayından 2018-ci ilin 31 mart tarixinə kimi Azexport.az portalına dünyanın 90 ölkəsindən daxil olan ixrac sifarişlərinin dəyəri 660,6 milyon ABŞ dolları təşkil edib.
Daxil olan sifarişləri məhsullar üzrə təhlil etdikdə məlum olub ki, cari ilin mart ayında ən çox ixrac sifarişi şərab, yumurta, nar şirəsi, alma, findıq ləpəsi, qənnadi məhsulları, pomidor, buğda kəpəyi, makaron, çay, zəfəran, pambıq yağı, tibbi tənzif, dekorativ güllər, konservləşdirilmiş ət, mühərrik yağı, tikinti materialları və s. mallara daxil olub.