İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə İxracatçılar Klubunun üzvləri Şəki-Zaqatala iqtisadi rayonunda sahibkarlara görüşlərini davam etdirirlər.
Bu tədbirlərin davamı olaraq, İxracatçılar Klubunun üzvləri Zaqatalada fındıq istehsalı ilə məşğul olan sahibkarlarla görüşüb, Klubun “Made in Azerbaijan” brendinin təşviqi və ixracın artırılması istiqamətində görüdüyü işlər barədə məlumat verilib, müzakirələr aparılıb, sahibkarların sualları cavablandırılıb və onlar İxracatçılar Klubu ilə sıx əməkdaşlığa dəvət edilib.
Bundan əlavə, İxracatçılar Klubunun üzvləri sentyabrın 29-da Zaqatalada keçirilən I Beynəlxalq fındıq, qoz və şabalıd festivalında da iştirak ediblər. Tədbir çərçivəsində bu sahədə fəaliyyət göstərən fermerlərlə fındıqçılıq məhsullarının istehsalının və ixracının genişləndirilməsi mövzusunda müzakirələr aparılıb. Festival çərçivəsində İxracatçılar klubunun üzvləri fındıq emalı və ixracı ilə məşğul olan müəssisələrin istehsal etdiyi məhsullar, yığımda və emalda istifadə olunan müasir avadanlıqlarla tanış olublar.
Qeyd edək ki, İxracatçılar Klubunun Şəki-Zaqatala iqtisadi rayonunda fındıqçılıqla yanaşı, digər sahələrdə də fəaliyyət göstərən sahibkarlarla görüşlər keçirir.