Dövlət Gömrük Komitəsinin açıqladığı statistik göstəricilərə əsasən, 2016-cı ilin yanvar-noyabr ayları ərzində ixracda əsas malların həcmi 8 314, 9 milyon ABŞ dolları, 2015-ci ilin müvafiq dövründə isə 11 881,35 milyon dollar təşkil edib ki, bu da əvvəlki dövrlə müqaisədə 42,8% azdır.
Qeyd edək ki, əvvəlki dövrlə müqaisədə ixrac olunan mallar arasında
- Xam neftin həcmi 28,62% azalaraq, ümumi ixracdakı payı 70.91%
- Neft məhsullarının həcmi 47,98% azalaraq , ümumi ixracdakı payı 4.31%
- Təbii qazın həcmi 36,18% azalaraq , ümumi ixracdakı payı 11.13 %
- Elektrik enerjisinin həcmi 23,2% artaraq, ümumi ixracdakı payı 0.24%
- Meyvə-tərəvəzin həcmi 20,66% artaraq, ümumi ixracdakı payı 4,05% təşkil edib.