“İxracın təşviqi proqramları və onların kiçik və orta sahibkarlığın inkişafına təsiri” mövzusunda seminar keçirilib

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində “İxracın təşviqi proqramları və onların kiçik və orta sahibkarlığın inkişafına təsiri” mövzusunda seminar keçirilib.

Seminarda İngiltərənin nüfuzlu Nyukasl Universitetinin (Newcastle University Business School) nümayəndəsi Dr. RobertNyuberi “İxracın təşviqi proqramları və kiçik və orta sahibkarların performansı” mövzusunda çıxış edib. Dr. RobertNyuberi iştirakçılara İngiltərənin bu sahədə təcrübəsi və bu ölkədə aparılan araşdırmalar barədə geniş məlumat verib. O, İngiltərədə kiçik və orta ixracatçı şirkətlərin nümunəsində aparılan araşdırmalar, İngiltərədə ixracın təşviqi üçün tətbiq olunan innovativ alətlər barədə təqdimatla çıxış edib. Dr. RobertNyuberi qeyd edib ki, Azexport ixracın artırılması üçün yaradılmış unikal bir e-ticarət platformasıdır.

Qeyd edək ki, seminarda dövlət qurumlarının, ixracatçı şirkətlərin və assosiasiyaların, həmçinin elmi tədqiqat institutlarının nümayəndələri iştirak edib. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi və Nyukasl Universiteti adından iştirakçılara sertifikatlar təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır