2017-ci ilin iyul ayı ərzində BTC əsas ixrac boru kəməri vasitəsilə 2 403 234 ton Azərbaycan nefti nəql olunub.
Cari ilin yanvar-iyul aylarında bu kəmərlə 15 577 521 ton neft ötürülüb. Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən 2017-ci il avqust ayının 1-ə qədər BTC-yə 337 115 583 ton neft vurulub.
Bundan başqa, 2017-ci ilin iyul ayında BTC kəməri ilə 486 269 ton Türkmənistan nefti nəql olunub.