İyunda 1,5 mlrd. kVt/saat elektrik enerji istehsal edilib

 “Azərenerji” ASC tərəfindən istehsal edilən enerjinin həcmi açıqlanıb. Açıqlamaya görə,  2017-ci ilin iyun ayında 1,537 milyard kilovat-saat enerji istehsal edilib.

Eyni zamanda, ay ərzində ölkə enerji sisteminin əlaqəsi olan qonşu dövlətlər ilə elektrik enerjisi mübadiləsi qarşılıqlı şəkildə həyata keçirilib.

Ötən ilin iyun ayında “Azərenerji” ASC-də 1,593 milyard kilovat-saat elektrik enerjisi istehsal edilib. Bu da həmin dövrlə müqayisədə 0,056 mlrd. kVt/saat və ya 3,52% azalıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır