Jay Clayton virtual pullarla bağlı investorlara xəbərdarlıq edib

ABŞ sərmayə bazarının nüfuzlu şirkətlərindən olan SEC-in (U.S. Securities and Exchange Commision) sədri Jay Clayton, təşkilatın internet saytı vasitəsilə virtual pullar və  onların hasilatı ilə bağlı xəbərdarlıq edib.

Sosial media platformaları və maliyyə bazarlarında virtual pullarla əlaqədar hərəkətlilik yaşandığını ifadə edən Clayton, bu məhsulların və hasilatın qanuni olub olmadığı, qiymətlərin manipulyasiya edilib edilməyəcəyi, oğurluq və ya zərərin olub olmaması kimi sualların mövcudluğunu vurğulayıb.

Clayton həmçinin, bu məhsulların satışının bir çoxunun SEC nəzdində qeydə olması lazım olan qiymətli kağızlar ola biləcəyini bildirib və investorların “zəmanət qazanc” vədləri qarşısında çox diqqətli olmaları xəbərdarlığını edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır