“JPMorgan” Türkiyənin 2017-ci il üçün iqtisadi böyümə proqnozunu 3.8%-dən 4.6%-ə yüksəldib.
“JPMorgan”ın 9 avqust tarixli hesabatında, son dövrdə açıqlanan məlumatların yuxarı istiqamətdə hərəkət etdiyini və bu vəziyyətin Türkiyə iqtisadiyyatının, Mərkəzi Bankının nəzərə çarpacaq dərəcədə pul sıxlaşdırmasına baxmayaraq, iqtisadiyyatın güclənəcəyini qeyd edib.
Hesabatda, bu gözləyicilərin güclü olmasının səbəbləri olaraq turizmdeki kəskin inkişaf, vergi güzəştləri və kredit zəmanət mexanizmi kimi hökumətin tətbiq etdiyi təşviqlər, güclü Avropa Birliyi tələbi ilə birlikdə artan ixracat və siyasi sahədəki sakitlik göstərilib.
Qeyd edək ki, Şirkət Türkiyənin 2018-ci ildəki iqtisadi böyümə proqnozunda dəyişik etməyərək 3.1% səviyyəsində saxlayıb.