Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Aqrar İnkişaf Mərkəzlərinin (DAİM) ll Respublika müşavirəsi keçirilib.
Kürdəmir rayonu Heydər Əliyev Mərkəzində keçirilən müşavirədə kənd təsərrüfatı naziri İnam Kərimov, nazirlik Aparatının nümayəndələri, struktur bölmə rəhbərləri, 60 rayonun Dövlət Aqrar İnkişaf Mərkəzinin rəhbərləri iştirak ediblər.
Müşavirədə çıxış edən kənd təsərrüfatı naziri İnam Kərimov ötən ilin sonunda aparılan institusional islahatlar nəticəsində kənd təsərrüfatı idarələri əsasında Dövlət Aqrar İnkişaf Mərkəzlərinin yaradıldığını, yeni qurumun xidmət strukturu kimi fəaliyyət göstərdiyini deyib.
Nazir DAİM-lərin l Respublika müşavirəsində verilmiş tapşırıqların icra vəziyyətinin müzakirə ediləcəyini bildirib: “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ərzaq təhlükəsizliyinin təmin olunması, bu məqsədlə torpaq və su resurslarından daha səmərəli istifadə edilməsi, yüksək məhsuldarlığın əldə olunması qarşımıza qoyulmuş əsas vəzifələrdir. Bu sahədə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən ciddi addımlar atılmaqdadır.