Kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri bahalaşıb

2017-ci ilin yanvar-iyun aylarında 2016-cı ilin eyni dövrünə nisbətən kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri 10,4 %, o cümlədən bitkiçilik məhsullarının istehsalçı qiymətləri 8,6 %, heyvandarlıq məhsullarının istehsalçı qiymətləri isə 12,5 % bahalaşıb.

2017-ci ilin iyun ayında may ayına nisbətən kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri 0,1 %, bitkiçilik məhsullarının istehsalçı qiymətləri 0,5 % ucuzlaşıb, heyvandarlıq məhsullarının istehsalçı qiymətləri isə 0,3 % bahalaşıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır