2017-ci ilin ilk altı ayı ərzində “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”ndə müəyyən edilmiş tədbirlərin 11 %-i icra edilib, 40 %-nin icrasına başlanılıb.
Belə ki, 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 2017-ci ilin yanvar-iyun aylarında kənd təsərrüfatı məhsullarının istehsalı 2.2 %, o cümlədən bitkiçilik məhsullarının istehsalı 1,7 %, heyvandarlıq məhsullarının istehsalı 2.6 % artıb. Əkinlərin ümumi sahəsi isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 26,1 % çox olub.
Qeyd edək ki, keçidə daxil olaraq Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsinin icra vəziyyəti ilə bağlı qrafiklə tanış ola bilərsiniz.