Kənd təsərrüfatı naziri Heydər Əsədov Qubada vətəndaşları qəbul edəcək

Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Heydər Əsədov  26 yanvar 2018-ci il tarixində, saat 11:00-da Quba rayon Kənd Təsərrüfatı İdarəsinin inzibati binasında  Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən və Xızı rayonlarının sakinləri ilə görüşəcək.

BBN.az Nazirliyə istinadən xəbər verir ki, görüşdə iştirak etmək istəyənlər Kənd Təsərrüfatı Nazirliyinə ə Quba  Rayon Kənd Təsərrüfatı İdarəsinə  müraciət edə bilərlər.

Qəbula yazılmaq üçün, həmçinin Kənd Təsərrüfatı Nazirliyinin “Çağrı mərkəzi”  və elektron poçtu  vasitəsi ilə də qeydiyyatdan keçmək mümkündür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır