Palatada kənd təsərrüfatı sığortası ilə bağlı tədbir keçirilib

Maliyyə Bazarlarına Nəzarət Palatasında “Azərbaycan Respublikasında kənd təsərrüfatı sığortası:İmkanlar və Perspektivlər” mövzusunda tədbir keçirilib.

BBN.az xəbər verir ki, tədbirdə İqtisadiyyat Nazirliyi, Maliyyə NazirliyiKənd Təsərrüfatı Nazirliyinin nümayəndələri, həmçinin, Bankların, Sığortaçılar Assosiasiyasının nümayəndələri ilə yanaşı Azərbaycan Banklar Assosiasiyasının (ABA) nümayəndələri iştirak edib.

Tədbir çərçivəsində Azərbaycan Respublikasının kənd təsərrüfatının mövcud vəziyyəti, kənd təsərrüfatı istehsalçılarının elektron qeydiyyat sistemi və digər mövzular üzrə təqdimatlar nümayiş etdirilib, kənd təsərrüfatı sığortasının imkanları geniş müzakirə edilib.

3 gün davam edən tədbirdə yerli və beynəlxalq qurumların ekspertlərinin iştirakı ilə Azərbaycan Respublikasında kənd təsərrüfatı kreditləri mexanizmi və kənd təsərrüfatı kreditləri ilə sığorta mexanizmi arasında olan münasibətlərə dair təqdimatlar da nümayış etdirilib və müzakirələr aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır