Əmlak Məsələləri Dövlət Komitəsi boş və istifadəsiz qalan torpaqların yenidən əkin dövriyyəsinə qaytarılması istiqamətində təhlillər aparır.
BBN.az xəbər verir ki, bu sahədə yüksək nailiyyətlərin əldə edilməsi ilə bağlı işlər görülür. Belə ki, 50 rayon üzrə 1500-ə yaxın hüquqi və fiziki şəxs tərəfindən səmərəsiz istifadə olunan 255 min hektara yaxın kənd təsərrüfatı təyinatlı torpaqlar geri qaytarılaraq təkrar istifadəyə verilib.
Bununla da torpaq sahələrinin daha səmərəli şəkildə istifadəçiliyi üçün zəmin yaradılıb. Qeyd edək ki, 2017-ci il ərzində ümumilikdə 101 min hektar torpaq sahəsinin təyinatı dəyişdirilib. Ötən il kənd təsərrüfatı sahəsində əkin dövriyyəsinin artırılması məqsədilə 177 min ha yaxın torpaq sahəsi də hüquqi və fiziki şəxslərə icarəyə verilib.
Torpaqların əkin dövriyyəsinə cəlb edilməsi, həmçinin aqrar sahənin inkişafı ilə bağlı torpaqların təyinatının dəyişdirilməsi istiqamətində də tədbirlər həyata keçirilir. Belə ki, 152 min hektar torpağın təyinatı kənd təsərrüfatı məqsədilə dəyişdirilib. Həmin ərazi 28 Aqropark və 13 iri təsərrüfatın yaradılmasına imkan verib.
Qeyd edək ki, ətraflı məlumatı keçiddən əldə edə bilərsiniz.