2018-ci ilin yanvar-iyul ayları üzrə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 4100,2 milyon manat təşkil edib.
BBN.az Statistika Komitəsinə əsasən xəbər verir ki, bunun da 2086,0 milyon manatı heyvandarlıq, 2014,2 milyon manatı isə bitkiçilik məhsullarının payına düşür.
Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının istehsalı 6,5 faiz, o cümlədən heyvandarlıq məhsulları üzrə 2,5 faiz, bitkiçilik məhsulları üzrə isə 11,0 faiz artıb.