Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2017-ci ilin yanvar-noyabr ayları üzrə kənd təsərrüfatının ümumi məhsulunun dəyəri faktiki qiymətlərlə 6200,6 milyon manat təşkil edib.
Bunun da 3258,6 milyon manatı heyvandarlıq, 2942 milyon manatı isə bitkiçilik məhsullarının payına düşüb.
2016-cı ilin yanvar-noyabr ayları ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 4,2 %, o cümlədən heyvandarlıq məhsullarının istehsalı 2,8 %, bitkiçilik məhsullarının istehsalı isə 5,9 % artıb.