Kərəm Həsənov Quba şəhərində vətəndaş qəbulu keçirəcək

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov 19 oktyabr 2018-ci il tarixində Quba şəhərində vətəndaş qəbulu keçirəcək.

BBN.az xəbər verir ki, qəbul saat 10:00-da Heydər Əliyev Mərkəzində  keçiriləcək. Qəbulda Quba rayonu ilə yanaşı Qusar, Xaçmaz, Şabran rayonlarından olan vətəndaşların müraciətlərinə baxılacaq.

Qəbul zamanı komitənin fəaliyyət istiqaməti üzrə, o cümlədən daşınmaz əmlakın qeydiyyatı, dövlət əmlakının özəlləşdirilməsi, hərraclarda iştirak, dövlət əmlakının icarəyə götürülməsi, torpaqların texniki parametrlərinin və koordinatlarının müəyyənləşdirilməsi, ünvan məsələləri və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşların müraciətlərinə baxılacaq.

Qəbulda yuxarıda qeyd olunmuş rayonlardan olan vətəndaşlar iştirak edə bilər və yalnız komitənin fəaliyyət sahələrinə aid olan müraciətlərə baxılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır