Kapital adekvatlığı tələblərindəki dəyişikliklər

“Xarici valyuta üzrə kapital adekvatlığındakı  tələblər istehlak kreditləri üzrə 01.01.2017 tarixindən sonra 120%-ə, 01.07.2017 tarixindən sonra isə 150%-ə yüksələcək. Biznes kreditlərindəki tələblər isə 01.01.2017 tarixindən sonra 110%-ə, 01.07.2017 tarixindən sonra isə 120%-ə yüksələcək.

Qeyd edək ki, kapital adekvatlığı tələblərində milli valyuta üzrə heç bir dəyişiklik baş verməyəcək.”

Bu haqda 24 noyabr tarixində Azərbaycan Banklar Assosiasiyası tərəfindən keçirilən “Post-neft dövründə bank sisteminin inkişafı: yeni çağırışlar və perspektivlər adlı İlk Bankçılıq Forumunda  Maliyyə Bazarlarına Nəzarət Palatasının Prudensial siyasət və metodologiya idarəsinin rəisi Rüstəm Tahirov   bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır