Kapital Bank 2018-ci ilin nəticələrini elan edib

Kapital Bank-ın aktivləri 1 yanvar 2019-cu il tarixinə 3,7 milyard manat təşkil edib. Müştərilərə verilən kreditlərin həcmi isə 1,5 milyard manat olub.

Bankda müştəri depozitlərinin həcmi 1 yanvar 2019-cu il tarixinə 2,9 milyard manat olub. Əhalinin əmanətlərinin həcmi isə artaraq 1,2 milyard manat təşkil edib.

Bankın 1 yanvar 2019-cu il tarixinə tutulmalardan sonra məcmu kapitalı 342 milyon manat, adi və imtiyazlı səhmlər isə 225,8 milyon manat təşkil edir

Qeyd edək ki, Kapital Bank Moody’s və Standard & Poor’s beynəlxalq reytinq Agentliklərinin reytinqlərinə malikdir. Bu reytinqlər ölkənin bank sektorunda yüksək reytinqlər sırasındadır.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 98 filialı və 12 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır