“Kapital Bank” Amerika Beynəlxalq Bankçılıq Assosiasiyasının iclasında iştirak edib

“Kapital Bank” 15-17 yanvar 2018-ci il tarixlərində Londonda keçirilən Amerika Beynəlxalq Bankçılıq Assosiasiyasının və BAFT Assosiasiyasını Gələcək Liderlər Proqramı (Future Leaders Program) tədbirində iştirak edib. Kapital Bank-ı tədbirdə Risklərin İdarə Edilməsi departamentinin direktoru vəzifələrini icra edən Ağarza Baxşıyev təmsil edib.

BBN.az banka istinadən xəbər verir ki, BAFT-ın layihəsi çərçivəsində proqram iştirakçıları tərəfindən qabaqcıl maliyyə proqramları, kiber təhlükəsizlik, Big Data və süni intellekt, komplayens, risklər və maliyyə qurumlarının qarşısında dayanan bir sıra məsələlər müzakirə olunub və istifadə olunan praktik nümunələr barədə məlumatlar verilib.

Proqramda iştirak edənlər tərəfindən sadalanan aktual məsələlər üzrə tədqiqatlar aparılıb. Həmçinin tədbirdə maliyyə sektoruna yeni texnologiyaların tətbiqi və həmin yeniliklərin necə qiymətləndirilməsi barədə də danışılıb.

Ümumi olaraq 4 qrupa bölünən layihədə 16 ölkədən 31 qurumun təmsilçiləri iştirak edib. May ayında Amerikada bitəcək silsilə tədbirlər zamanı, proqram üzrə bir sıra görüşlər və seminarlar təşkil olunacaq.

Qeyd edək ki, Kapital Bank 2017-ci ildən Amerika Banklar Assosiasiyasına (American Bankers Association) üzv seçilib. MDB ölkələri arasında Kapital Bank və Rusiyanın yalnız bir bankı bu assosiasiyanın üzvüdür.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır