“Kapital Bank” Beynəlxalq Təhsil Sərgisinin rəsmi tərəfdaşıdır

“Kapital Bank” 6 – 8 oktyabr 2017-ci il tarixlərində Təhsil Nazirliyinin dəstəyi ilə Bakı Ekspo Mərkəzində keçiriləcək 11-ci Azərbaycan Beynəlxalq Təhsil (“Education 2017”) sərgisinin rəsmi tərəfdaşıdır. Sərgi “İnsan kapitalı sərvətimizdir” devizi altında keçirilir.

Sərgidə Təhsil Nazirliyi tərəfindən son illərdə həyata keçirilən yeni layihələr və mövcud təhsil imkanları təqdim olunacaq. Bu il Təhsil sərgisi geniş işgüzar proqramı ilə fərqlənəcək, həmçinin sərgi çərçivəsində “Mənim gələcək peşəm və ona gedən yol” adlı seminar da təşkil olunacaq.

Sərgidə ümumilikdə ölkənin 14 ali təhsil müəssisəsinin stendləri yer alacaq. Sərgi çərçivəsində həmçinin Almaniya, Avstriya, Belarus, İtaliya, Latviya, Litva, Macarıstan, Rusiya, Rumıniya, Sinqapur, Slovakiya və digər ölkələr universitet, məktəb, kollec, təhsil mərkəzləri və kurslarını təqdim edəcək.

Qeyd edək ki, təhsil layihələrinə dəstək verən “Kapital Bank” ötən il Təhsil Nazirliyi ilə birgə bir neçə layihə həyata keçirib. Yaxın gələcəkdə təhsillə bağlı yeni birgə layihələrin keçirilməsi planlaşdırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır