“Kapital Bank” “Birlik Klubu” layihəsini təqdim edib

“Kapital Bank” müştəriləri üçün “Birlik Klubu” layihəsini təqdim edib. Belə ki, Bankın kredit müştəriləri “Birlik Klubu”na qoşulmaqla bir sıra güzəştlərdən yararlanmaq imkanı əldə edir.

Kluba üzv olan müştərilərə xüsusi üzvlük kartları təqdim edilir. Kartın növündən asılı olaraq müştərilərin aylıq kredit ödənişlərindən müəyyən məbləği bonus şəklində karta geri qaytarılır. Kredit komissiyasına endirim, illik faiz dərəcəsinə güzəşt tətbiq olunur.  Həmçinin kreditin ödəniş vaxtına 6 ayadək əlavə müddət əldə etmək mümkündür.

Qeyd edək ki, Klub üzvlərinin qazanacağı imtiyazlar bununla yekunlaşmayacaq, banka aid digər faydalı təkliflər də təqdim olunacaq. “Birlik klubu”na qoşulmaq üçün “Kapital Bank”ın istənilən filialına yaxınlaşmaq kifayətdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır