Kapital Bank 2 fevral – Gənclər Günü münasibətilə yeni güzəştli kredit aksiyası təqdim edir. Aksiya çərçivəsində Kapital Bank-dan kredit götürən müştərilərə illik faiz dərəcəsində 2%-dək endirim edilir və pulsuz BirKart təqdim edilir.
Həmçinin yaşı 35-dək olan müştərilərdən komissiya haqqı tutulmur. 8 500 AZN-dək olan kreditlər zaminsiz verilə bilər. Aksiya 28 fevral 2018-ci il tarixədək keçirilir.
Qeyd edək ki, Kapital Bank-da “Gündəlik tələbat krediti”nin məbləği 300 – 20 000 manat təşkil edir, müddəti isə 3 aydan 48 ayadək rəsmiləşdirilə bilər. Bu məhsul üzrə kreditlər əmək haqqı və təqaüdünü Kapital Bank-dan alanlara şamil edilir.