Kapital Bank-dan xanımlara “İkiqat Xoşbəxtlik”

Kapital Bank 8 mart – Beynəlxalq Qadınlar Günü münasibətilə “İkiqat Xoşbəxtlik” kampaniyası keçirir. 6 və 7 mart tarixlərində Kapital Bank-dan nağd pul krediti əldə etmək istəyən xanım müştərilərə illik faiz dərəcəsində 2% endirim təqdim ediləcək. Kredit rəsmiləşdirilməsi zamanı komissiya 0% təşkil edəcək.

Qeyd edək ki, Kapital Bank-da “Gündəlik tələbat krediti”nin məbləği 300 – 20 000 manat təşkil edir, müddəti isə 3 aydan 36 ayadək rəsmiləşdirilə bilər. Bu məhsul üzrə kreditlər əmək haqqı və ya təqaüdünü Kapital Bank-dan alan müştərilərə şamil edilir. Kredit rəsmiləşdirilməsi üçün əmək haqqı və ya təqaüd kartı, həmçinin şəxsiyyəti təsdiq edən sənəd tələb olunur. Kredit barədə ətraflı – https://kapitalbank.az/loans/cash?hl=az .

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 90 filialı və 4 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az  saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır