4 aprel 2017-ci il saat 11:00-da İzmir Plazada (İzmir küçəsi 23/25) Bankın Səhmdarlarının növbədənkənar yığıncağı keçiriləcək. BBN.az saytı bu haqda Banka istinadən xəbər verir.
Yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxil edilib:
- “Kapital Bank” ASC-nin Nizamnaməsinin yeni redaksiyada təsdiq edilməsi
- “Səhmdarların ümumi yığıncağının çağrılması və keçirilməsi Qaydaları”nın təsdiq edilməsi
- “Hesablama Komissiyası haqqında Əsasnamə”nin təsdiq edilməsi
- “Kapital Bank” ASC-nin Müşahidə Şurasının Əsasnaməsinə əlavə və dəyişikliklərin edilməsi
- “Kapital Bank” ASC-nin Müşahidə Şurasının tərkibində dəyişikliklərin edilməsi
- “Kapital Bank” ASC-nin 2016-cı ilin yekunlarına dair maliyyə hesabatlarının təsdiq olunması
- “Kapital Bank” ASC tərəfindən 2016-cı ilin maliyyə ilinin yekunlarına əsasən səhmdarlara dividend ödənilməsi
- Digər məsələlər