“Kapital Bank” komissiyanı ləğv edib

“Kapital Bank” bütün ödəniş kartları üzrə konvertasiya komissiyasını ləğv edib. Artıq müştərilər konvertasiya əməliyyatını bankın gündəlik alış-satış kursuna əsasən həyata keçirə biləcək.

Qeyd edək ki, “Kapital Bank” Visa International və MasterCard beynəlxalq ödəniş sistemlərinin üzvüdür. Ödəniş kartlarını “Kapital Bank” filiallarında və ya Bankın korporativ saytından onlayn sifariş etmək mümkündür. “Kapital Bank” Azərbaycan manatı, ABŞ dolları və avro valyutası əsasında ödəniş kartlarını 1, 2 və ya 3 il müddətinə təklif edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır