“Kapital Bank” 17 dekabr – Müdafiə Sənayesi Nazirliyinin yaranması günü münasibətilə yeni güzəştli kredit aksiyası təqdim edir. Aksiya çərçivəsində “Kapital Bank”dan məvacib alan nazirlik əməkdaşlarına illik faiz dərəcəsində 2%-dək endirim edilir. 8 000 AZN-dək olan kreditlər isə zaminsiz verilə bilər. Aksiya 31 yanvar 2018-ci il tarixinədək keçirilir.
“Kapital Bank”da “Gündəlik tələbat krediti”nin məbləği 300 – 20 000 manat təşkil edir, müddəti isə 3 aydan 48 ayadək rəsmiləşdirilə bilər. Bu məhsul üzrə kreditlər əmək haqqını “Kapital Bank”dan alanlara şamil edilir.
Qeyd edək ki, kredit rəsmiləşdirilməsi üçün əmək haqqı kartı, həmçinin şəxsiyyəti təsdiq edən sənəd tələb olunur.