Kapital Bank “Nağıllara səyahət”adlı sosial layihə həyata keçirir

Kapital Bank 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü ərəfəsində “Nağıllara səyahət” adlı sosial layihə həyata keçirir. Layihə çərçivəsində ölkənin bir sıra şəhərlərində uşaqlar üçün pulsuz teatr tamaşaları nümayiş olunacaq.

Layihə çərçivəsində 13 may tarixində Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrında “Kəlilə və Dimnə” tamaşası, 14 mayda isə Gəncə Dövlət Dram Teatrında “Tıq-tıq xanım” tamaşası nümayiş olunacaq. Hər iki tamaşa saat 12:00, 14:00 və 16:00-da başlayacaq. Tədbir zamanı həmçinin maraqlı müsabiqələr təşkil olunacaq və məktəblilərə Kapital Bank adından hədiyyələr təqdim ediləcək.

Qeyd edək ki, layihə çərçivəsində növbəti həftənin istirahət günlərində, uşaqlar üçün daha 2 şəhərdə müxtəlif teatr tamaşaları nümayiş olunacaq.

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır