Vergilər Nazirliyi yanında Milli Gəlirlər departamenti Kapital Bank-ı “Şəffaf vergi partnyorluğu statusuna” layiq görüb. Noyabr ayında nazirlik tərəfindən partnyor vergi ödəyicisi statusunun əldə olunması münasibətilə Kapital Bank-a bildiriş göndərilib.
Qeyd edək ki, Kapital Bank Azərbaycan Respublikası Vergilər haqqında qanununa uyğun fəaliyyət göstərir və 2017-ci ilin üç rübü ərzində 28.6 mln. manat vergi ödəyib.
Ümumiyyətlə, 2017-ci ilin üçüncü rübünün nəticələrinə görə Bankın aktivləri 3 mlrd. manat, xalis mənfəəti 57.6 mln. manat, nizamnamə kapitalı 185 mln. manat, məcmu kapitalı isə 266.3 mln. manat təşkil edib.