Kapital Bank 5 oktyabr Müəllimlər Günü münasibətilə “Gözəl peşə, özəl təklif” layihəsi çərçivəsində Kapital Bank kartları ilə məvacib alan təhsil işcilərinə yeni “Payız fürsəti” lotereyasını təqdim edir.
Şərtlərə görə 30 noyabr 2017-ci il tarixinədək, Kapital Bank bankomatlarında mobil nömrələrini qeydiyyatdan keçirən təhsil işçiləri, avtomatik olaraq lotereyanın iştirakçısına çevriləcəklər. 2 noyabr və 4 dekabr 2017-ci il tarixlərində keçiriləcək tiraj zamanı ümumilikdə 500-dən artıq müxtəlif pul mükafatları sahiblərini tapacaq. Lotereyanın sonuncu tirajında isə 1 təhsil işçisi 3000 AZN əldə edəcək.
Bundan başqa “Gözəl peşə, özəl təklif” adlı güzəştli kredit kampaniyası da 1 dekabr 2017-ci il tarixədək davam edir. Aksiya çərçivəsində Kapital Bank-a müraciət edən təhsil işçilərinə illik faiz dərəcəsində 2%-dək endirim edilir, 8 000 AZN-dək isə zaminsiz verilir.