Kapital Bank yeni Kart Mərkəzini istifadəyə verib

Kapital Bank Bakı şəhəri üzrə yeni Nərimanov Kart Mərkəzi filialını istifadəyə verib. Mərkəz müştərilərə kartların verilməsi və bir sıra bank əməliyyatları üzrə  hüquqi və ya  fiziki şəxslərə hesabların açılması,əmanətlərin cəlb edilməsi, hesablaşma-kassa xidmətləri,pul vəsaitlərinin və ödəniş vasitələrinin köçürülməsi üzrə xidmətlərin göstərilməsini həyata keçirəcək.

Kapital Bankın Korporativ Bankçılıq departamentinin direktoru Fərid Hidayətzadə bildirib ki, Bankın Binəqədi,Şuşa, Nərimanov,Nəsimi,Cəfər Cabbarlı, Yasamal, İçəri Şəhər, Səbail və Xətai filiallarının müştəriləri artıqBakı şəhər Təhsil İdarəsinin əmək haqqı layihələri, sosial, pensiya və digər kartlarını yeni mərkəzdən əldə edə biləcəklər. Həmçinin fiziki məhdudiyyəti olan müştərilər üçün evlərdə səyyar xidmət göstərilir.Bunun nəticəsində filialların iş yükü azalacaq və müştərilər minimum vaxt sərf edərək digər əməliyyatlar həyata keçirə biləcəklər.

Qeyd edək ki, Kapital Bankın yaxın gələcəkdə ölkə üzrə digər Kart Mərkəzlərinin də açılacağı planlaşdırılır.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır