“Kapital Bank”da güzəştli kredit aksiyası davam edir

“Kapital Bank”ın yeni ilin gəlişi münasibətilə müştərilərə təqdim etdiyi güzəştli kredit aksiyası davam edir. Aksiya çərçivəsində “Kapital Bank”dan kredit götürən müştərilərə illik faiz dərəcəsində 3% endirim, ödəmə müddətinə 2 ay güzəşt və pulsuz BirKart təqdim edilir. Həmçinin 8 000 AZN-dək olan kreditlər zaminsiz verilə bilər. Aksiya 15 yanvar 2018-ci il tarixədək keçirilir.

Qeyd edək ki, “Kapital Bank”da “Gündəlik tələbat krediti”nin məbləği 300 – 20 000 manat təşkil edir, müddəti isə 3 aydan 48 ayadək rəsmiləşdirilə bilər. Bu məhsul üzrə kreditlər əmək haqqı və təqaüdünü “Kapital Bank”dan alanlara şamil edilir.

Kredit rəsmiləşdirilməsi üçün əmək haqqı və ya təqaüd kartı, həmçinin şəxsiyyəti təsdiq edən sənəd tələb olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır