Kapital Bankın İdarə Heyətində yeni təyinat olub

Məlumat üçün bildirmək istərdik ki, Kapital Bank rəhbərliyində yeni təyinatlar olub. Belə ki, Kapital Bank-ın İdarə Heyəti sədrinin müavini, Baş Əməliyyat İnzibatçısı Fərid Hüseynov, İdarə Heyəti sədrinin birinci müavini vəzifəsinə təyin edilib.

Həmçinin Nahid Zeynalov Kapital Bank-ın İdarə Heyəti sədrinin müavini, Baş İnformasiya İnzibatçısı təyin edilib.

 Qeyd edək ki, Kapital Bank-ın İdarə Heyəti sədrinin birinci müavini Fərid Məmmədov PAŞA Holding-in Biznes Qrupu üzrə Direktoru və Holdinqin İcraçı Direktorunun müavini vəzifəsində fəaliyyətini davam etdirir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır