4 aprel 2017-ci il tarixində Kapital Bankın Səhmdarlarının növbəti yığıncağı keçirilib.
Yığıncaqda aşağıdakı qərarlar qəbul olunub:
- Kapital Bank-ın Nizamnaməsi yeni redaksiyada təsdiq edilib
- “Səhmdarların ümumi yığıncağının çağrılması və keçirilməsi Qaydaları”ı təsdiq edilib
- “Hesablama Komissiyası haqqında Əsasnamə” təsdiq edilib
- Müşahidə Şurasının Əsasnaməsinə əlavə və dəyişikliklər edilib
- 2016-cı ilin yekunlarına dair maliyyə hesabatlarının təsdiq edilib
- 2016-cı ilin maliyyə ilinin yekunlarına əsasən səhmdarlara dividendlərin ödənilməsi barədə qərar qəbul edilib
- PAŞA Holdinqin Biznes Qrupu üzrə Direktoru və Holdinqin İcraçı Direktorunun müavini Fərid Məmmədov Müşahidə Şurasının üzvü təyin edilib