Kapital bazarları institutlarının əməkdaşları üçün təlimlər keçirilib

Bakı Fond Birjasının dəstəyi və Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyası təşkilatçılığı ilə kapital bazarları institutlarının əməkdaşları üçün Borsa İstanbulda təlimlər təşkil edilib.

3-7 dekabr 2017-cı il tarixlərində Azərbaycan kapital bazarlarını təmsil edən ilk nümayəndə heyəti Türkiyənin, İstanbul şəhərində təşkil edilən təlimlərdə iştirak edir.

Təlimlər “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strteji Yol Xəritəsi” nə  uyğun olaraq, maliyyə sektorunda çalışan mütəxəssislərin bilik və bacarıqlarının təkmilləşdirilməsi məqsədi ilə təşkil olunub.

Təlimlərdə Borsa İstanbulda törəmə maliyyə alətləri ilə ticarətin təşkili, pay bazarı və borc alətləri bazarında ticarət əməliyyatlarının aparılması, lisitinq,  qiymətli metallar və daşların ticarəti, eləcədə Türkiyənin klirinq və hesablaşma evi olan TakasBankın post ticarət əməliyyatları sahəsində təcrübəsi barədə təlimçilərə ətraflı məlumat veriləcək.

Maliyyə sektoru üzrə insan resurslarının bilik və bacarıqlarının daha da artırılması istiqamətində beynəlxalq təcrübədən yararlanmaq məqsədilə bu kimi təlimlərin mütəmadi olaraq təşkil edilməsi nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır